Xəbər lenti

Rok ifaçısı qəzada öldü - FOTOLAR
Dünya21:01 02.02.2015

Rok ifaçısı qəzada öldü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rok ifaçısı dəhşətli avtomobil qəzasında ölüb. Anspress-in məlumatına görə, bu gün səhər rok ifaçısı Andrey "Kuzma" Kuzmenkonun avtomobili yük maşını ilə toqquşub. 
Nəticədə ifaçı ağır yaralanıb və yerindəcə keçinib. Onun maşınındakı digər qadın sərnişin isə xəstəxanaya aparılıb. Yük maşınının sürücüsü isə ciddi xəsarət almayıb və tibbi yardıma ehtiyacı olmayıb. 
Qeyd edək ki, 47 yaşlı Andrey "Kuzma" Kuzmenko Ukraynanın "Skryabin" rok qrupunun lideri olub. O, 2004-cü ildə Narıncı inqilab zamanı konsertində o vaxtkı hakimiyyətin tərəfində çıxış etdiyi üçün sonralar bir neçə dəfə ittiham edilmişdi. 2014-cü ildə Ukraynanın şərqində hərbçilərə kömək edirdi.
Qaynar.info