
Rok musiqisinin əfsanəsi Elvis Preslinin ABŞ-ın gizli agenti olduğu üzə çıxıb.
Qaynar.info xəbər verir ki, ABŞ-ın o vaxtkı prezidenti Riçard Nikson Presli ilə görüşündə ABŞ-ı komunistlərdən, hippilərdən və anti-Amerikan olmaqda ittiham etdiyi "Beatles" qrupundan xilas etmək üçün fəaliyyət göstərməsini istəyib.
E.Presli də bütün bu xidmətləri qarşılığında prezidentdən rəsmi Federal agent vəsiqəsi tələb edib. Nikson da bu tələbi qəbul edərək ona xüsusi vəsiqə verilməsini tapşırıb.
Qaynar.info