Xəbər lenti

İdman 18:20 16.01.2024

"Roma"nın yeni baş məşqçisi italyan oldu

Joze Maurinyo ilə yolları ayıran "Roma"nın yeni baş məşqçisi müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı mütəxəssisin boş qoyduğu post sabiq italiyalı futbolçu Daniel De Rossiyə tapşırılıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

40 yaşlı mütəxəssis "Roma" ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

De Rossi 2001-2019-cu illərdə futbolçu kimi "Roma"nın formasını geyinib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->