Xəbər lenti

Roma papası Buçadan gətirilən Ukrayna bayrağını öpdü: "Onları unutmayaq"
Dünya13:38 06.04.2022

Roma papası Buçadan gətirilən Ukrayna bayrağını öpdü: "Onları unutmayaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Roma papası Fransisk bugünki çıxışında Rusiya qoşunlarının qətliam törətdiyi Buça şəhərindən gətirilmiş Ukrayna bayrağını öpüb.
Qaynarinfo bu barədə "The Hill"ə istinadən xəbər verir. 
Papa çıxışı zamanı Ukrayna bayrağını qaldıraraq, onun şəhid şəhərindən - Buçadan gətirildiyini deyib. Daha sonra şəhərdə baş vermiş qətliamı pisləyib. 
"Ukraynadakı müharibədən gələn son xəbərlər rahatlıq və ümid gətirmək əvəzinə, yeni dəhşət və Buça qətliamını gətirdi”, deyə Papa bildirib. 
O, sivillərə, qadınlara və köməksiz insanlara qarşı dəhşətli qəddarlıqların baş verdiyini bildirib. Daha sonra Ukraynadan qaçqın düşmüş uşaqların ona qoşulmasını istəyib. 
"Bu uşaqlar qaçmaq və qərib torpaqlara gəlmək məcburiyyətinə qalıb. Onlar müharibənin nəticələridir. Gəlin onları və Ukrayna xalqını unutmayaq”, deyə Papa Fransisk bildirib. 
Qeyd edək ki, Papa Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən Kiyevə dəvət edilib. Vatikan rəhbəri Maltada olarkən Kiyev səfəri haqqında düşündüyünü bildirib. 
Nurlan Hüseynov