
Roma papası Fransisk aprelin 28-də Qahirədə "Al-Azxar" universitetində beynəlxalq konfrans iştirakçılarının önündə çıxış edəcək.
"Qaynar" xarici KİV-ə istinadən xəbər verir ki, Papanın Misirə səfəri çərçivəsində imam Məhəmməd el-Tayiblə də görüşü planlaşdırılır.
Qeyd edək ki, "Al-Azxar" dünyanın ən qədim universitetlərindən hesab olunur. Bu İslam mərkəzi 970-ci ildə qurulub.
Qaynar.Az