
Roma Papası Fransisk özünün Harley-Davidson motosikletini auksiona çıxarıb.
Qaynar.info xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Motosikletin ilkin satış qiyməti açıqlanmayıb. Agentlik bildirib ki, motosikletin bazar qiyməti 12-15 min avro qiymətində dəyişir. Motosikletlə birlikdə Papanın geyindiyi bayker dəri gödəkçəsi də satışa çıxarılıb.
Satışdan əldə olunan gəlir xeyriyyəçiliyə sərf olunacaq.
Qaynar.info