Xəbər lenti

Roma Papasından “erməni soyqırımı”na dəstək
Dünya14:18 18.08.2014

Roma Papasından “erməni soyqırımı”na dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Roma Papası Fransisk 2015-ci il aprelin 12-də uydurma “erməni soyqrımı”nın 100-cü ildönümü ilə əlaqədar ayin keçirəcək.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Buenos-Ayresin baş yepiskopu Mario Poli bəyan edib. 

“Roma Papası soyqırımın tanınması üçün messiya icra etmək barədə patriarx 19-cu Nerses Bedros vasitəsilə Erməni Katolik Kilsəsinin bir il əvvəl etdiyi müraciətə cavab verib”, - deyə pastor Pablo Hakimyan bildirib. 

Agentliyin xəbərinə görə, ötən ilin iyununda Nerses Bedrosla görüşən Papa “soyqırım” hadisəsini yaşamış şəxsin qızını qəbul edib və onu dinləyərək deyib: “Bu, XX əsrin ilk soyqırımı olub”. 

Qaynar.info