Xəbər lenti

Ronaldinyodan ilginc qərar: eyni vaxtda iki qadınla evlənəcək
Dünya13:29 24.05.2018

Ronaldinyodan ilginc qərar: eyni vaxtda iki qadınla evlənəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya şöhrətli braziliyalı veteran futbolçu Ronaldinyo eyni vaxtda 2 qadınla evlənməyə hazırlaşır.
Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, veteran futbolçu avqust ayında nişanlıları Prisçilla Koelho və Beatriz Souza ilə evlənəcək. 
Onlar dekabr ayından bəri Rio de Janeyroda yerləşən 5 milyon funt-sterlinq dəyərindəki evdə yaşayırlar. Futbolçu ötən ilin yanvarında hər iki sevgilisinə nişan üzüyü alıb. Braziliyada çoxarvadlılıq qadağan olunduğundan, toy mərasimi avqustda ABŞ-ın Santa-Monika şəhərində keçiriləcək. 
Ronaldinyonun bacısı Deysi poliqamiyanın əleyhinə olduğunu açıqlayaraq toyda iştirak etməyəcəyini deyib. Braziliyalı müğənni Jorje Versillo toy mərasimində çıxış edəcək. 
Gülşən