Xəbər lenti

Ronaldo AVRO-2024-də qeyri-adi rekorda imza atdı
İdman 13:46 28.06.2024

Ronaldo AVRO-2024-də qeyri-adi rekorda imza atdı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo oyundankənar vəziyyətlərin sayına görə 2024-cü il Avropa çempionatının rekordunu müəyyənləşdirib.

Qaynarinfo UEFA-nın mətbuat xidmətinə istinadən xəbət verir ki, 39 yaşlı portuqaliyalı qrup mərhələsinin üç matçında beş dəfə ofsayd vəziyyətində olub. 

Reytinqdə ikinci yerdə dörd ofsayd olan macar hücumçu Barnabas Varqadır.

Qeyd edək ki, Portuqaliya millisi qrupda Çexiya və Türkiyəni udub, Gürcüstana uduzaraq 6 xalla pley-off mərhələsinə çıxıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->