Xəbər lenti

Ronaldo “Əl-Nəsr” azarkeşlərinə təqdim olundu (VİDEO)
İdman18:35 03.01.2023

Ronaldo “Əl-Nəsr” azarkeşlərinə təqdim olundu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl Nəsr”in stadionunda keçirilən təqdimat mərasimi ilə klubun azarkeşləri və Səudiyyə Ərəbistanı idman ictimaiyyətinə təqdim edilib. 37 yaşlı oyunçu tədbirə ailəsilə qatılıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, mərasim öz təntənəliliyi ilə seçilib və komandanın "YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.
Kriştiano ərəb azarkeşlərin gurultulu alqış sədaları altında meydançaya daxil olub. Bundan bir qədər öncəki açıqlamasında isə o, Avropada artıq işinin bitdiyini dilə gətirib.
Qeyd edək ki, o, Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.