Xəbər lenti

Ronaldo
İdman 12:50 28.05.2025

Ronaldo "Əl-Nəsr"i başqa bir Səudiyyə klubuna dəyişə bilər

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanını  digər klubunda davam etdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Mənbənin məlumatına görə, 40 yaşlı forvard qışda komandadan ayrılan braziliyalı Neymarın yerinə ulduz axtaran "Əl-Hilal"ın maraq dairəsindədir.

Aprelin 10-da Ronaldonun "Əl-Nəsr"la əmək müqaviləsini uzada biləcəyi barədə məlumat yayılıb. Jurnalist Canluici Lonqari klub rəhbərliyinin 40 yaşlı portuqaliyalıya 2027-ci ilin yayına qədər müqavilə imzalamağı təklif etdiyini yazıb.

Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədər qüvvədədir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyi barədə məlumat vermişdi. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5%-lik səhminin sahibi olacaq.

Mayın 11-də "Marca" nəşri "Əl-Nəsr"in Ronaldo ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırdığını bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->