"Əl-Batin"lə oyundan sonra paltardəyişmə otağına yollanarkən "Əl-Nəsr"in portuqaliyalı futbolçusu Kriştinao Ronaldonun ona "Lionel Messi səndən yaxşıdır" deyən azyaşlı azarkeşə dediyi sözlər müzakirə mövzusuna çevrilib.
Qaynarinfo xəbər verir ki, iddialara görə, portuqaliyalı superulduz onu qıcıqlandırmaq istəyən azarkeşə "O zaman get onu izlə, burada nə işin var" deməklə cavab verib. Bəs əslində nə baş verib?
Məsələ ilə bağlı "Twitter"də yayılan bir videoda Ronaldonun əslində onu ələ salan uşağın dediklərinə məhəl qoymadığı bildirilir. "Əl-Nəsr"in ulduzu əslində, paltardəyişmə otağına yollanarkən matçı şərh edir. Fasiləyə məğlub durumda yollanan komandasına Ronaldo soyunub-geyinmə otağına gedərkən portuqal dilində "Bu, sadə oyun idi. Lənətə gəlmiş sadə oyun idi" deyə qışqırır.
Qarşılaşama Ronaldonun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollansa da, "Əl-Nəsr" ikinci hissənin sonlarına əlavə olunmuş vaxtda 3 qol (90+3, 90+12 və 90+14-cü dəqiqələrdə) vuraraq qalib gəlib.
Ronaldo Əl-Batinə qol vura bilməyib. Lakin klubun formasında meydana çıxdığı 6 oyunda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı Pro Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
Səbuhi Həsənov