DÇ-2014-ün G qrupunda Portuqaliya millisi Qanaya 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finala yüksələ bilməyib.
Fanat.az xəbər verir ki, buna səbəb qrupun digər oyununda ABŞ-ın Almaniyaya minimal hesabla uduzmasıdır - 0:1.
Üç oyundan sonra hər iki komandanın 4 xalı olsa da, top fərqində daha yaxşı göstəriciyə malik ABŞ yığması 1/8 finalda oynamaq hüququ qazanıb. Qana ilə oyunda komandasının qələbə qoluna imza atan Kriştiano Ronaldo qrup mərhələsini adlaya bilmədikləri üçün göz yaşlarını saxlaay bilməyib.
Qaynar.info




