Səudiyyə Ərəbistanı klubu "Al-Nassr"ın formasını geyinən portuqaliyalı superulduz Kriştiano Ronaldo alqışalayiq addım atıb.
Qaynarinfo-nun məlumatına görə, hücumçu onun xeyrinə təyin olunmuş penalti qərarını ləğv etdirib. Asiya Çempionlar Liqası çərçivəsində keçirilən "Al-Nassr" - "Persepolis" matçının ikinci dəqiqəsində baş hakim Ma Ninq Ronaldonun cərimə meydançasında yıxılmasından sonra penalti nöqtəsini göstərib.
38 yaşlı futbolçu hakimin yanına gedərək mövqeyin penalti olmadığını deyərək qərarı dəyişdirib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. 13 xalla liderlik kürsüsündə oturan "Al Nassr" 1/8 finala vəsiqəni təmin edib.
Səbuhi Həsənov