Xəbər lenti

Ronaldo "Real"dan gedəcəyi vaxtı açıqladı
İdman15:49 23.04.2015

Ronaldo "Real"dan gedəcəyi vaxtı açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real"ın hücumçusu Kriştiano Ronaldonun gələcək karyerasına aydınlıq gəlib.

Qaynar.info Qol.Az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu müqaviləsinin sonuna qədər "Real"da qalacaq.

2018-ci ildə "kral klubu" ilə müqaviləsi başa çatacaq Ronaldo daha sonra Amerikaya üz tutacaq. 30 yaşlı futbolçu ABŞ-ın "Los Angeles Qalaksi" klubunda oynamağı planlaşdırır. Nyu-York və Mayami klublarından da təklif alan Ronaldo Los-Angelesdə yaşamaq qərarına gəlib.

Qeyd edək ki, "Liverpul"un canlı əfsanəsi Stiven Cerardın cari mövsümün sonunda "Los Angeles Qalaksi"yə transfer olunacağı gözlənilir. İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem də 2007-2012-ci illərdə bu komandanın şərəfini qoruyub. 

Qaynar.info