Xəbər lenti

Ronaldo tezliklə karyerasını bitirəcək, amma...
İdman 21:52 20.01.2024

Ronaldo tezliklə karyerasını bitirəcək, amma...

Səudiyyə Ərəbistanının "Əl-Nasr” klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştiano Ronaldo tezliklə peşəkar karyerasını bitirəcək.

Qaynarinfo xəbər verir ki, ulduz futbolçu bu barədə "Globe Soccer Awards” mərasimində danşıb.

"Mən bu günü, anı yaşayıram. İndi vaxt yaxşıdır, özümü yaxşı hiss edirəm və hələ də qol vura, klubuma, milli komandama kömək edə bilirəm. Ona görə də oynamağa davam edəcəyəm", deyə Ronaldo bildirib.

"Düzünü desəm, karyeramı nə vaxt bitirəcəyimi bilmirəm. Təbii ki, tezliklə baş verəcək. On il sonra. Sadəcə zarafat edirəm", deyə Ronaldo əlavə edib.

Ronaldo bildirib ki, ona ünvanlanan tənqidlərə əhəmiyyət vermir: "İnsanların məndən yenidən şübhələnməsi və sonra uğur qazanmağı xoşlayıram. Tənqid mənə təsir etmir".

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu olub. Ümumilikdə o, millidə 200-dən çox oyunu keçirib. Ulduz futbolçu "Əl-Nəsr"dən əvvəl "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" klublarında çıxış edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->