Kriştiano Ronaldo İspaniya yaxınlığında püskürən La Palma vulkanının qurbanlarına dəstək üçün imzalanmış 7 nömrəli Portuqaliya formasını tenderə təqdim edib.
Sentyabr ayında "Cumbre Vieja" vulkanının püskürməsindən sonra Kanar adasında 3000-dən çox bina dağılıb, 7000 insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Ronaldo Portuqaliya millisinin ev oyunları üçün olan formasının üzərinə şəxsi imzasını qoyaraq adalılarla həmrəylik mesajı yazıb. O, formanın üzərinə "La Palma ilə bir vulkanın gücü belə bacarmayacaq. Gözəl adaya bütün dəstəyim” sözlərini yazıb.
"Cadena SER"in məlumatına görə, "Mançester Yunayted"in superulduzunun köynəyi üçün tender Milad ərəfəsində başlayacaq və yanvarın 6-da başa çatacaq. Köynəyin satışından əldə edilən bütün gəlirlər birbaşa vulkan qurbanlarına yönəldiləcək.
Ronaldo, COVID-19 pandemiyası yeni başlayan zaman Portuqaliyadakı xəstəxanalara 850,000 funt-sterlinq məbləğində maddi yardım etmişdi.
Bu, La Palmanın indiyə qədər gördüyü ən uzun püskürmədir, lakin son hesabatlar vulkanın nəhayət püskürməsini dayandırmış ola biləcəyini göstərir.