Xəbər lenti

Ronaldonun bu hərəkəti gündəm oldu (FOTO)
İdman12:44 09.05.2023

Ronaldonun bu hərəkəti gündəm oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ronaldonun matçdan sonra rəqib məşqçiyə sürpriz hərəkəti gündəm olub.
Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı superulduz "Əl-Nəssr" və "Əl-Hilal" matçından sonra addımı ilə ətrafdakıları təəccübləndirib.
Hücumçu matçdan sonra açıq-aşkar əsəbi halda meydanı tərk edərkən, rəqib komandanın məşqçilər korpusunun üzvü onun yanına gələrək şəkil çəkdirmək istəyib. Ancaq 38 yaşlı hücumçu məşqçini itələməklə bu istəyi rədd edib.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Ronaldo indiyədək meydana çıxdığı 13 liqa oyununda 12 qol vurub. 

Səbuhi Həsənov