Video 11:26 27.02.2024

Ronaldonun bu hərəkətinə görə araşdırmalar başladı (VİDEO)

Səudiyyə Ərəbistanı Pro Liqasında baş tutan "Al-Şabab” "Al-Nassr” (2-3) qarılaşmasında Kriştiano Ronaldonun etdiyi jestdən sonra araşdırmalar başlanılıb.  

Qaynarinfo-nun məlumatına görə, qolvurduqdan sonra azarkeşlərin "Messi, Messi” şüarlarına fərqli şəkildə cavab verən Ronaldonun jesti əxlaqsızlıq kimi qiymətləndirilib və mübahisələrə səbəb olub. Ölkədə federasiyaya yaxın mənbələrə istinad edən yerli mətbuatda futbolçunun hərəkətinin səalhiyyətli orqanlar tərəfindən araşdırıldığı bildirilib. 

Bu mövsüm Səudiyyə Ərəbistanı liqasında 22 qolu olan portuqaliyalı bu mövsüm bir çox oyunlarda oxşar jestlərinə görə tənqid hədəfinə çevrilib. 

Səbuhi Həsənov