Xəbər lenti

Ronaldonun yeni "qızıl" butsisi - FOTO
İdman16:12 07.04.2014

Ronaldonun yeni "qızıl" butsisi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nike" şirkəti Kristiano Ronaldo üçün xüsusi yeni butsi hazırlayıb.
Anspress-in məlumatına görə, dəblə arası yaxşı olan futbolçu "Nike" şirkətinin hazırladığı yeni idman ayaqqabılarından cox məmnun qalıb. "Real Madrid"ın ulduz futbolçusu Kristiano Ronaldo üçün hazırlanan butsinin alt hissəsi qızılı rəngdə olması ilə diqqəti cəlb edib.
Xatırladaq ki, “Real Madrid" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo “Qızıl butsi” mükafatını bu il alıb. Ötən mövsüm 40 qol vuran futbolçuya mükafatı əfsanəvi futbolçular Alfredo Di Stefano və Eysebio verib.
Bu mükafat Kriştiano Ronaldonun karyerası ərzində qazandığı sayca ikinci “Qızıl butsi”dir. Portuqaliyalı futbolçu ilk dəfə 2007/2008-ci il mövsümündə “Mançester Yunayted” klubunun heyətində “Qızıl butsi”yə layiq görülmüşdü.
Qaynar.info