
Portuqaliya yığması turnirə ruh yüksəkliyi ilə yollanır.
Portuqaliya yığması "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib. Portuqallar Estoniya millisi ilə qarşılaşıb.
Qarşıdurmada Kriştianu Ronaldu dubl edərək estonları darmadağın edib. Portuqaliyada keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar cavabsız 7 topu qapılarında görüb. Portuqaliya "Avro-2016"da ilk oyununu iyunun 14-də İslandiyaya qarşı keçirəcək. F qrupunda Portuqaliya Avstriya, Macarıstan və İslandiya ilə mübarizə aparacaq.
Portuqaliya yığması son 3 yoldaşlıq görüşündə 10 qol vurub. Fernandu Santuşun komandası əvvəl İngiltərə yığmasına yeganə qol ilə məğlub olublar. Daha sonra portuqallar Norveç millisini 3:0 hesabı ilə darmadağın ediblər.
Qaynarinfo.az