Xəbər lenti

Ronaldudan 60-cı het-trik, yeni rekord
Dünya11:30 17.04.2022

Ronaldudan 60-cı het-trik, yeni rekord

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqaının XXXIII turunda "Norviç"i 3:2 hesabı ilə yenən "Mançester Yunayted"in bütün qollarına Kriştianu Ronaldu imza atıb.
Qaynarinfo xəbər verir ki, bununla da portuqaliyalı ulduz karyerası ərzində 60-cı het-triki edib. Ronaldu klub səviyyəsində 50, milli komandada 10 dəfə buna nail olub.
Bundan başqa futbolçu Premyer Liqada yeni rekorda da imza atıb. Portuqaliyalı İngiltərə çempionatında bir mövsümdə 15 və daha çox qol vuran 36 yaşdan yuxarı ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Ronaldu 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir. Portuqaliyalı bu mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Mançester Yunayted” Premyer Liqanın 2021/22 mövsümündə 32 oyundan sonra 54 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və liderdən 20 xal geri qalır.
Aydın