Xəbər lenti

Ronaldunun "Instagram" gəliri açıqlandı - Fantastik məbləğ
Dünya07:42 01.07.2021

Ronaldunun "Instagram" gəliri açıqlandı - Fantastik məbləğ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya millisinin və "Yuventus”un futbolçusu Kriştianu Ronaldunun "Instagram"dan qazandığı məbləğ açıqlanıb.
Qaynarinfo xəbər verir ki, 36 yaşlı futbolçunun "Instagram" hesabındakı reklam qiyməti 1 milyon 600 min dollardır. Portuqaliyalı ulduzun "Instagram"da ildə 40 milyon dollar qazandığı təxmin edilir ki, bu da onun Turin təmsilçisindəki maaşından çoxdur.
Ronaldu bu göstəriciyə görə, birinci pilləyə yüksəlib. Futbolçu "Instagram" gəlirlərinə görə aktyor-güləşçi Dueyn Consonu və müğənni Ariana Qrandeni geridə qoyub.
Qeyd edək ki, Ronaldu "Instagram"da 300 milyondan çox izləyicisi olan ən populyar insandır.