Xəbər lenti

“Rosbank”a böyük kiberhücum oldu, xidmətlər dondu
Dünya11:58 13.03.2023

“Rosbank”a böyük kiberhücum oldu, xidmətlər dondu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rosbank tətbiqləri, internet-bank və veb saytı böyük DDoS hücumu səbəbindən müvəqqəti olaraq əlçatan deyil. 
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” kredit təşkilatının Telegram kanalına istinadən məlumat yayıb.
"Biz texniki cəhətdən belə hallara hazırıq. Bu sahədə bütün Rosbank mütəxəssisləri cəlb olunub. Biz bütün xidmətlərin yenidən əlçatan olması üçün əlimizdən gələni edirik”, - deyə bank əmin edib.
Məlumatda deyilir ki, bankın əsas sistemləri normal işləyir.
Fevral ayında Rusiya Bankının sədr müavini Filip Qabunia 2022-ci ildə ölkənin maliyyə institutlarına DDoS hücumlarının sayının 4 dəfə artdığını bildirmişdi.
Alpər