Roskosmos cavab tədbiri olaraq ABŞ-a raket mühərriklərinin tədarükünü dayandırmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün "Rossiya-24” telekanalında dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin məlumat verib.
"Bu vəziyyətdə (Rusiyaya Ukraynadakı müharibə ilə bağlı sanksiyaların təzyiqi – red.) biz ABŞ-ı dünyanın ən yaxşı raket mühərrikləri ilə təmin etməyə davam edə bilmərik, qoy onlar başqa bir şeylə, öz süpürgələrində uçsunlar, nə bilim, daha nəylə. Lakin, ən azı biz də təchizatımızı dondururuq", - deyə Roqozin deyib.
O, həmçinin açıq şəkildə bildirib ki, Rusiyanın raket-kosmik proqramı korrektə ediləcək və prioritet ikili təyinatlı - həm Roskosmos, həm də Rusiya Müdafiə Nazirliyinin maraqlarına uyğun peyklərin yaradılması olacaq.
Alpər