Xəbər lenti

“Rosneft” baş direktorunun 600 milyonluq meqayaxtası İspaniyada həbs edildi
Dünya17:13 16.03.2022

“Rosneft” baş direktorunun 600 milyonluq meqayaxtası İspaniyada həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya hakimiyyət orqanları Kataloniyanın Tarraqona limanında dayanmış Crescent adlı meqayaxtanın Aİ-nin sanksiyalar siyahısında olan rusiyalı oliqarxa aid olub-olmaması ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” polisdəki mənbələrə istinadən məlumat yayıb.
600 milyon dollar dəyərində olan gəmi sanksiyaya məruz qalan Rusiyanın neft nəhəngi Rosneft-in baş direktoru İqor Seçinə məxsusdur.
"Marine Traffic” monitorinq saytının məlumatına görə, mütəxəssislərin dünyanın ən böyüklərindən biri adlandırdıqları 135 metrlik yaxta Kayman adalarının bayrağı altında üzür və 2021-ci ilin noyabrında İtaliyadan İspaniyaya gəlib.
Bu ərəfədə İspaniya hakimiyyəti Aİ-nin sanksiyaları altında olan rusiyalı oliqarx Aleksandr Mixeyevə məxsus "Lady Anastasia” yaxtasını saxlayıb.
Bundan əvvəl İspaniya polisi Barselonada 140 milyon dollarlıq yaxtanı müvəqqəti həbs etmişdi. İki mənbəyə görə, gəmi "Rostex” dövlət konqlomeratına rəhbərlik edən keçmiş KQB zabiti Sergey Çemezova məxsusdur.