Rostov vilayətində məhbuslara işğalçı qüvvələrə qoşulmaq təklif olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook” səhifəsində məlumat verilib.
"Rusiya Federasiyası silahlı qüvvələrinin birləşmələrinin və digər qeyri-qanuni yaradılmış terrorçu silahlı birləşmələrin təcili surətdə doldurulmasına ehtiyac olduğu üçün Rostov vilayətində islah koloniyalarında əfv müqabilində işğalçı qüvvələrə qoşulmaq təklifi ilə məhbuslar arasında iş davam etdirilir. Onlar hər kəsi, hətta hərbi xidmət təcrübəsi olmayanları da Rusiya Federasiyasının silahlı qüvvələrinə qəbul etməyə hazırdırlar”, - Baş Qərargahın məlumatında deyilir.
"Ruslar işğal olunmuş ərazilərdə ukraynalıları girov götürür və edam edirlər”, - Baş Qərargahın daha bir məlumatında deyilir.
Düşmən Xerson vilayəti ərazisində inzibati-polis rejimi tətbiq etməyə cəhdlər edir.
Düşmən tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində aqressiv rus təbliğatı fəal şəkildə aparılmağa başlayır.
"Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə aqressiv Rusiya təbliğatı aktiv fəaliyyətə başlayır. İşğalçılar rusiyayönlü mesajlar yaymaqla yerli əhali ilə danışıqlar aparmağa çalışırlar", - məlumatda deyilir.
Eyni zamanda, düşmən Xerson vilayəti ərazisində müvəqqəti işğal olunmuş yaşayış məntəqələrində "asayişi” qorumaq üçün komendaturalar sistemi yaradaraq, inzibati-polis rejimi tətbiq etməyə cəhdlər edir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Çerniqov vilayəti ərazisində davam edən toqquşmalar zamanı işğalçılar xeyli itki verməkdə davam edir. Bu istiqamətdə işğalçı qoşunların şəxsi heyəti ruhdan düşür və təslim olur.
"Bəzi yaşayış məntəqələrində düşmən beynəlxalq humanitar hüquq normalarını pozaraq quldurluq edir, mülki əhalini girov götürür və edam edir”, - məlumatda deyilir.
Alpər