Xəbər lenti

Rubinyan Türkiyə ilə razılaşmalar haqda: “Yayın sonuna qədər reallaşa bilər”
Dünya06:51 05.07.2022

Rubinyan Türkiyə ilə razılaşmalar haqda: “Yayın sonuna qədər reallaşa bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə ilə əldə olunan razılaşmaları yayın sonuna qədər həyata keçirmək məntiqli olardı.
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bunu İctimai Televiziyanın efirində Ermənistanın xüsusi nümayəndəsi, vitse-spiker Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, sərhədi harada və necə keçməyin mümkün olacağı ilə bağlı texniki detallar hələ müzakirə edilməyib.
"Görüşümüz zamanı üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinə icazə verilməsi ilə bağlı siyasi qərar və razılığa gəldik. Texniki detalları isə iki ölkənin müvafiq idarələri (keçid məntəqəsi, rejim, və s.) razılaşdırmalıdır", - Rubinyan bildirib.
Sazişlərin icra müddətinə gəlincə, bəyanatda mümkün olan ən qısa müddət nəzərdə tutulur. Rubinyanın sözlərinə görə, "onların yay aylarında həyata keçirilməsi məntiqli olardı”.
İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıçla Ruben Rubinyanın dördüncü görüşü baş tutub. Tərəflər hər iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılığa gəliblər. Tərəflər həmçinin Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər.
Alpər