Xəbər lenti

Rubio:
Dünya 14:20 31.01.2025

Rubio: "Müharibə Ukraynanı 100 il geriyə atdı, gələcəyi risk altındadır"

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Ukraynanın gələcəyi müharibə və əhalinin kütləvi mühacirətinə görə təhlükə altındadır. 

Qaynarinfo xəbətr verir ki, o, bu barədə amerikalı məmur Meqin Kelliyə müsahibəsində bildirib.

Rubio qeyd edib ki, Ukraynada müharibə uzanıb. Onun fikrincə, hər iki tərəfdən danışıqlar və güzəştlər lazımdır. Rubio qeyd edib ki, Ukrayna 100 il geri düşüb və onun gələcəyi xaricə gedən milyonlarla vətəndaşa görə risk altındadır.

O, həmçinin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasını Ukraynanın 2012 və ya 2014-cü ildəki vəziyyətinə - rusların Krımı ələ keçirməmişdən əvvəlki vəziyyətinə qayıda biləcəyinə inandırmaqla Kiyevi çaşdırmaqda ittiham edib.

"Donald Tramp nöqteyi-nəzərindən bu, uzun müddətdir davam edən münaqişədir və ona son qoyulmalıdır", deyən Rubio əlavə edib ki, həm Ukrayna, həm də Rusiya nədənsə imtina etməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->