
İngiltərənin Telford şəhərindəki Vellinqton tarixi bazarında kameraların qeyd etdiyi görüntülər hər kəsi təəccübləndirib.
Qaynar.info-nun məlumatına görə, ruha bənzər bir varlığın nərdivanlardan çıxdığı və göyərtilərin saxlandığı qutuların yerə düşdüyü görüntülənir.
İngiltərənin "Metro" qəzetinə açıqlama verən bazar müdiri Kay Boaki səhər işə gələn zaman yerdəki qutuları görəndə təhlükəsizlik kameralarını izləməyə başladığını deyib. Boaki ilk dəfə baxdığında heç bir şey görmədiyini, ancaq təkrar izlədiyi zaman bir kölgənin nərdivanlardan qalxaraq qutuları dağıtdığını gördüyünü söyləyib.
Bazar müdiri buradakı qurutma maşınlarının öz-özünə işə düşdüyünü, qapıların açılıb-bağlandığını gördüklərini də deyib.
Qaynar.info