Xəbər lenti

Ruhani: 10 Tramp da gəlsə...
Dünya11:07 08.10.2017

Ruhani: 10 Tramp da gəlsə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın nüvə sazişindən imtinası iddialarına münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tehran Universitetində çıxış edən Ruhani "Nüvə sazişi nəticəsində çox böyük mənfəətlər əldə etdik. Tək Tramp yox, 10 Tramp da gəlsə, bunları əlimizdən ala bilməz" fikirlərini səsləndirib.

Qeyd edək ki, 2015-ci ildə ABŞ, Çin, Fransa, Rusiya və Almaniya ilə İran arasında imzalanan müqaviləyə əsasən İran nüvə proqramına məhdudiyyət qərarı qəbul etmiş və bu ölkəyə tətbiq edilən sanksiyalar ləğv edilmişdi. 

Tramp isə son aylarda İrana qarşı növbəti sanksiya qərarını qəbul edib və bu qərardan sonra iki ölkə arasında münasibətlər yenidən pisləşib.

Gülşən

Qaynarinfo.Az