Xəbər lenti

Ruhani ABŞ-ı koronavirusa görə tənqid etdi
Dünya05:48 24.03.2020

Ruhani ABŞ-ı koronavirusa görə tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ koronavirusun yayıldığı bu ağır şərtlərdə İrana qarşı sanksiyalarını gücləndirir. Bu vəziyyət insani dəyərlərə və BMT-nin qanunlarına ziddir".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani tunisli həmkarı Qeys Səidlə telefon danışığı zamanı deyib. Ruhani dünya ölkələrinin ABŞ-ın bu davranışlarını qınamalı və Vaşinqtonu BMT-nun qanunlarına sadiq qalmağa dəvət etməli olduqlarını deyib.
İran prezidenti ABŞ-ın ölkəsinə dərman və humanitar yardımların göndərilməsini əngəllədiyini, adi ehtiyacların qarşılanması üçün edilməli olan bank fəaliyyətlərinə belə icazə vermədiyini bildirib.
Koronavirus epidemiyası ilə mübarizə məsələsində bütün ölkələrin və xalqların yan-yana durmalı olduqlarını qeyd edən Ruhani insanların həyatının qorunması üçün ortaq addımlar atılmalı olduğunu vurğulayıb.
Camal