Xəbər lenti

Ruhani: "Qarşı tərəf vədini yerinə yetirsə, biz də öhdəliklərimizə sadiq qalacağıq"
Dünya12:02 04.02.2020

Ruhani: "Qarşı tərəf vədini yerinə yetirsə, biz də öhdəliklərimizə sadiq qalacağıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarşı tərəf vədlərini yerinə yetirsə, İran da öhdəliklərinə geri qayıdacaq".
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tehranda Avropa İttifaqının Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə təmsilçisi Cozef Borrellə görüşü zamanı İran prezidenti Həsən Ruhani deyib.
ABŞ-ın Nüvə Sazişdən təktərəfli imtina etməsinin digər ölkələrin də razılaşmaya tam şəkildə əməl etməsinin qarşısında böyük mane yaratdığını deyən Ruhani İranın sazişdəki öhdəliklərini dayandırmasının bu razılaşmanın qorunması üçün olduğunu bildirib.
Həmçinin Ağ Ev rəhbəri Donald Trampın İsrail və Fələsətin arasındakı münaqişənin aradan qaldırılması məqsədilə açıqladığı "Əsrin Sazişi" planını da qınayıb:
"ABŞ indiyə qədər İraqn, İraq, Livan, Yəmən, Suriya və Əfqanıstanla bağlı bir çox strateji səhvlərə yol verib. "Əsrin Sazişi" adı ilə atdığı addım da bu səhvlərin davamıdır və məğlubiyyətə məhkumdur".
Borrel də öz növbəsində Aİ ilə İran arasındakı əməkdaşlığın bölgədəki sülh və sabitliyin inkişafı üçün önəmli olduğunu bildirib və Nüvə Sazişini yerinə yetirərək, problemləri həll etməli olduqlarını deyib.
Digər tərəfdən Aİ nümayəndəsi ilə görüşən İran Parlamentinin sədri Əli Laricani isə ABŞ-ın verdiyi sözün üstündə durmadığını bildirib və İttifaqın buna qarşı zəif münasibət göstərməsini tənqid edib. Həmçinin ölkəsinin əməkdaşlığa hər zaman hazır olduğunu sözlərinə əlavə edib.
Camal