Xəbər lenti

Ruhanidən etiraf: "Sosial şәbәkәlәrә qoyulan qadağalar inkişafa mane olur"
Dünya14:10 07.03.2019

Ruhanidən etiraf: "Sosial şәbәkәlәrә qoyulan qadağalar inkişafa mane olur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti Hәsәn Ruhani Rәşt şәhәrindә vətəndaşlar qarşısında çıxışı zamanı ölkәdә sosial şәbәkәlәrә tәtbiq edilәn qadağalardan danışıb.
Qaynarinfo xәbәr verir ki, İran rәhbәri dünyanın inkişafda olduğunu, bu tip qadağaların ölkәni proseslәrdәn kәnarlaşdırdığını vә geridә qoyduğunu dilә gәtirib.
Qeyd edәk ki, İran әhalisinin 55%-inin istifadә etdiyi "Telegram" ötәn ilin aprelindә qadağan edilib. İstifadәçi sayına görә ölkәdә 2-ci yerdә qәrarlaşan "Instagram"a yanvar ayında bәzi mәhdudiyyәtlәr tәtbiq olunub, lakin hәmin qadağalar hәlә qüvvәyә minmәyib. İranda insanlar "Facebook" vә "Twitter"ә xüsusi proqramlar istifadә etmәklә daxil ola bilir.
Gülşәn