Xəbər lenti

Ruhaninin Azərbaycana səfər proqramı açıqlandı
Siyasət08:16 09.07.2016

Ruhaninin Azərbaycana səfər proqramı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti Həsən Ruhaninin gələn ay Azərbaycana gözlənilən iki günlük səfərinin proqramı açıqlanıb. Anspress-in məlumatına görə, bu barədə müzakirələr İran İslam Respublikasının prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəngi zamanı aparılıb. 
H.Ruhaninin səfərinin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir. Prezidentlərin üçtərəfli görüşünün də keçirilməsi nəzərdə tutulub. Görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir.
İran prezidentinin Bakıda həmçinin həm İlham Əliyev, həm də Vladimir Putin ilə ayrılıqda görüş keçirəcəyi nəzərdə tutulub.
Qaynarinfo.az