Xəbər lenti

Rumıniya Prezidentinin Bakı səfəri nə vəd edir? (ŞƏRH)
Siyasət08:40 02.02.2023

Rumıniya Prezidentinin Bakı səfəri nə vəd edir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rumıniya prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında enerji sahəsində mövcud olan əlaqələrin daha üst səviyyəyə qaldırılacağı, siyasi əlaqələrin genişlənəcəyi gözlənilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rumıniya prezidenti Klaus İohannisin Azərbaycana səfərini dəyərləndirərkən deyib. 
"Enerji sahəsində Rumıniya ilə Azərbaycan arasında ciddi əməkdaşlıq mühiti formalaşıb. SOCAR-ın Rumıniyada yatırımları, neftayırma zavodlarında iştirak payları var. Bu əməkdaşlıq hər iki tərəf üçün kifayət qədər cəlbedicidir. Buxaresti hazırda əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycan qazının bir hissəsinin Rumıniya ərazisindən keçməklə başqa ölkələrə ötürülməsi və Qara Dənizin dibindən çəkiləcək elektrik xətləri layihəsi maraqlandırır. Bu layihədə Rumıniyanın əsas rol oynayacağı gözlənilir. Yəni, Rumıniya prezidentinin səfəri fonunda enerji sahəsində mövcud olan əlaqələrin daha üst səviyyəyə qaldırılacağı ühtimal edilir. Bundan başqa, İki ölkə arasında kənd təsərrüfatı və turizm sahələri üzrə də müəyyən qərarlar verilə bilər. Yəni, bu səfər çərçivəsində bir çox sahələrdə niyyət protokolları və yaxud hazır müqavilələrin imzalanmasının şahidi olacağıq”. 
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan Rumıniya ilə əlaqələri genişləndirməklə Avropa İttifaqı ölkələri arasında dost çevrəsini, ölkəmizin maraqlarını dəstəkləyəcək ölkələrin sayını artırmağı düşünür:
"Bu nöqteyi-nəzərdən Buxarest Azərbaycanın mövqelərinə daha yaxından çıxış edən bir ölkə olub. Siyasi əlaqələrin daha da genişlənməsi məsələsi də müzakirə predmeti olacaq. Azərbaycan Aİ yeni müqavilə imzalamaq ərəfəsindədir. Yəqin ki, bu istiqamətdə də müəyyən fikir mübadiləsi aparılacaq”. 
Qeyd edək ki, Rumıniya mətbuatının yazdığına görə, bu ölkənin prezidenti Klaus İohannis fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək. 
Rüfət Sultan