Xəbər lenti

Rumıniya: Rusiya hər vəchlə Moldovanı Aİ yolundan döndərməyə çalışır
Dünya08:23 11.10.2024

Rumıniya: Rusiya hər vəchlə Moldovanı Aİ yolundan döndərməyə çalışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya hər vəchlə Moldovanı Avropa İttifaqı yolundan döndərməyə çalışır".
Qaynarinfo "Euractiv”ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Marsel Çolaku bildirib 
Çolakunun sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Rumıniyanın Moldovanı "ilhaq etməyə” çalışdığı barədə bəyanatı ilə bağlıdır.
Buna cavab olaraq Rumıniya hökuməti bəyanat yayaraq, Rusiyanın "aqressiv” təbliğatının tarixi faktları təhrif etdiyini və müasir reallıqlara məhəl qoymadığını və Moldovanın Aİ-yə inteqrasiyasını təmin etmək üçün bütün mümkün vasitələrlə buna qarşı mübarizə aparılmalı olduğunu vurğulayıb.
"Rusiya hakimiyyəti hər vəchlə dezinformasiyanın köməyi ilə Moldovanı Avropa yolundan döndərməyə çalışır", - deyə Çolaku bildirib. 
O, həmçinin Moldova liderlərini qətiyyətli olmağa və bu cür taktikalardan "qorxmamağa” çağırıb.
Rumıniyanın baş naziri əlavə edib ki, "Avropa arzusunu reallaşdırmaqda Rumıniya Moldova ilə yanaşı dayanır”.
Nizami Bağırov