Dünya 19:00 08.06.2023

Rumıniya XİN 40 Rusiya diplomatına 30 gün vaxt verdi

Rumıniya hakimiyyəti Rusiyadakı Rumıniya və ölkədəki Rusiya nümayəndələrinin sayını bərabərləşdirmək qərarına gəlib. Bununla bağlı Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40-dan çox əməkdaşının 30 gün ərzində ölkəni tərk etməsini tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb

Rumıniya Xarici İşlər Nazirliyinin bu gün, iyunun 8-də verdiyi məlumata görə, Rusiyanın bu ölkədəki səfiri Valeri Kuzminə Rusiya nümayəndəliyinin diplomatik və texniki-inzibati heyətinin Rumıniyanın Rusiyadakı səfirliyində çalışan işçilərin sayına uyğun azaldılması yolu ilə ixtisar edilməsi barədə məlumat verilib. 

Beləliklə, Rusiya Rumıniyada ştatını 51 ştat: 21 diplomatik və 30 texniki-inzibati vəzifə ixtisar etməlidir. Lakin hazırda bütün vəzifələr tutulmadığından, son nəticədə Rusiya 11 diplomat, texniki və inzibati vəzifələrdə 29 əməkdaşın mövcudluğunu azaltmalıdır.

"İxtisar ediləcək və Rumıniyanı tərk etməli olan şəxslərin seçilməsi üçün hər bir kateqoriya ilə bağlı məhdudiyyətlər (müvafiq olaraq diplomatlar, texniki və inzibati) nəzərə alınmaqla, Rusiya Federasiyası tərəfindən (indiki mərhələdə) təyin ediləcək”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Rusiya tərəfi 30 gün ərzində tələbi yerinə yetirməlidir.

Buna cavab olaraq Rusiya XİN  Rumıniyanın qərarına cavab verəcəklərini bildirib. Nazirliyin mətbuat xidməti TASS-a deyib ki, "Rusiya müvafiq cavab verəcək".

Nizami Bağırov