Xəbər lenti

Rumıniyada Rusiyaya məxsus PUA düşdü: Müdafiə Nazirliyi təsdiqlədi
Dünya12:16 06.09.2023

Rumıniyada Rusiyaya məxsus PUA düşdü: Müdafiə Nazirliyi təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyanın Tulcea qraflığının Plauru bölgəsində Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqları tapılıb. Pilotsuz təyyarə Rusiya Ukraynanın Rumıniya sərhədi yaxınlığında yerləşən İzmail və Reni limanlarına hücum etdikdən sonra aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, Rumıniyanın müdafiə naziri Anqel Tilvar Rumıniyada qəzaya uğrayan Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.
"Aydın idi ki, kifayət qədər qısa müddət ərzində Rusiyanın Ukraynanın liman obyektlərinə və anbarlarına silsilə hücumları olub, ona görə də tədbirlərin gücləndirilməsini vacib hesab edirəm. Bizim daha çox müşahidə məntəqəmiz, daha çox patrulumuz olacaq. Eyni zamanda, texniki baxımdan ərazini əhatə edə bilən istifadə etdiyimiz avadanlıq işlək olaraq qalır və artan diqqət mərhələsindədir”, - nazir CNN-ə şərhində bildirib.
Tilvar qeyd edib ki, patrullar geniş əraziyə baxış keçiriblər, bununla bağlı o, indi dronun hissələri ola biləcək qalıqların tapıldığını təsdiqləyə bilər.
Alpər