Xəbər lenti

Rus agent "PayPal"ın qurucusu milyarder Tilə Putinlə görüş təklif etdi
Dünya09:34 11.11.2023

Rus agent "PayPal"ın qurucusu milyarder Tilə Putinlə görüş təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"PayPal" xidmətinin həmtəsisçisi, amerikalı milyarder Piter Til özünün ABŞ Federal Təhqiqatlar Bürosu kuratoruna Rusiya prezidenti Vladimir Putinlə görüş təklifləri barədə məlumat verib. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Atlantic" nəşrinə müsahibəsində bildirib.
"2018-ci ildə Daniil Bisslinger adlı bir rus Tilə vizit kartını verib. <..> Til Bisslingerin FTX kəşfiyyatçısı olduğunu hesab edib. Til həmin gün, daha sonra 2022-ci ilin yanvarında yenidən Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün dəvət alıb. Gündəlik dəqiqləşdirilməyib”, - materialda deyilir.
Bildirilir ki, amerikalı sahibkar bu təkliflə razılaşmayıb, lakin əlaqə barədə Amerika rəsmilərinə məlumat verib.
Müsahibədə həmçinin sahibkar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər heç bir siyasətçiyə sponsorluq etməyəcəyini bildirib.
Alpər