Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukraynanın şərqi və cənubu uğrunda gedən döyüşlərdə aviasiya dəstəyini artıracaq.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının "Twitter” hesabında dərc olunan hesabatında
deyilir.
Rusiya əməliyyatları hələ də Donbas, Mariupol və Nikolayevə yönəlib, Rusiya donanmasının dəstəyi ilə Ukraynaya qanadlı raketlər atmaqda davam edir.
Bu fəaliyyətə dəstək olaraq Ukraynanın cənubunda və şərqində Rusiya aviasiyasının fəaliyyətinin artması gözlənilir.
Bununla belə, Rusiyanın Krım və Donbas arasında quru dəhlizi yaratmaq ambisiyaları Ukraynanın müqaviməti ilə üzləşməkdə davam edir.
Alpər