Xəbər lenti

Rus casuslar Türkiyədə tutuldu
Dünya17:09 13.04.2016

Rus casuslar Türkiyədə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbs edilən şəxslər polisə izahat verməkdən boyun qaçırıb.

Türkiyənin İstanbul şəhərində xüsusi xidmət orqanlarının apardığı əməliyyat nəticəsində 2 Rusiya vətəndaşı həbs edilib. ANS PRESS-in məlumatına görə, onlar cəsusluqda şübhəli bilinirlər.

Həbs edilən Yuri Anisimov və Aleksandr Smirnov cəsusluqla bərabər Çeçenistan əsilli Əbdülvahid Edilqerievin ölümündə təqsirləndirilir. Həbs edilən şəxslər polisə izahat verməkdən boyun qaçırıb.

Rusiyanın Türkiyədəki baş konsulu rusların Türkiyədə həbs edilməsi xəbərini təsdiqləyib. Diplomatın sözlərinə görə, onlar irəli sürülən bütün ittihamlərı rədd edir.

Həbs edilən iki rusun üzərindən saxta pasport, çoxlu sayda rus dövlət məmurlarının şəkilləri, USB yaddaş kartı, nömrə və PIN/PUK məlumatları telefonlara yapışdırılmış 5 telefon və ABŞ dollarları götürülüb.

2015-ci ilin noyabrında İstanbulda əslən Çeçenistandan olan Əbdülvahid Edilqeriev kimi tanınan Giorgi Kamaev öldürülüb.

Öldürülən şəxsə yaxın mənbədən verilən məlumata görə, 2008-ci ildən Türkiyədən yaşayan Kamaev öldürülməzdən bir müddət əvvəl Suriyadan qayıdıb. Onun ekstrimist qruplardan birinin tərkibində döyüşdüyü bildirilir.

Ötən ilin noyabrında Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından sonra hər iki ölkə arsında münasibətlər korlanıb.

Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu bildirilir. 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq SU-24 bunlara məhəl verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Bundan sonra Rusiya bir tərəfli qaydada Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.

Qaynar.info