Xəbər lenti

Rus çempionu döyüb öldürən azərbaycanlı kimdir? (VİDEO)
Dünya10:09 21.08.2017

Rus çempionu döyüb öldürən azərbaycanlı kimdir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda Anar Allahverənov adlı MMA döyüşçüsü yoxdur. Biz bu döyüş növü üzrə ölkədə və ölkədən kənarda tanınan bütün idmançıları tanıyırıq. Ancaq belə bir idmançının olduğunu indi eşidirik.

Bu sözləri Axar.az-a MMA (Miksed Martial Arts) döyüş növü üzrə Azərbaycanda tanınmış müəllimlərdən olan Mirzə Qəniyev deyib. 2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü kimi təqdim edilən Anar Allahverənov haqqında danışan M.Qəniyev bildirib ki, həmin şəxs Azərbaycanda yetişən idmançı deyil:

“MMA döyüş növünün Azərbaycanda ümumi federasiyası yoxdur. Fərdi şəkildə bu idman növünü təbliğ edən klublar var. Ancaq həmin idmançı bu klubların heç birinin üzvü deyil. Əgər idmançının nailiyyətləri olsaydı, bu idman klubları və idmançıları hamısı onu tanıyardı”.

Qeyd edək ki, 2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində azərbaycanlı MMA döyüşçüsü olduğu deyilən 1992-ci il təvəllüdlü Anar Əliyar oğlu Allahverənov tərəfindən döyülərək öldürülüb. Hadisədən sonra o ərazidən qaçıb.

Rusiya İstintaq Komitəsi onun tutulduğu barədə mediada yayılan xəbəri təkzib edib.

Qaynarinfo.Az