Kiyevdə rus dili uşaq bağçaları və məktəblərin tədris planlarından çıxarılıb. Şuranın mətbuat xidməti xəbər verib ki, müvafiq qərarı noyabrın 10-da Kiyev Şəhər Şurasının deputatları qəbul ediblər.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər
verir.
Deputatlar hesab edir ki, indiki şəraitdə tədris prosesinin rus dilində aparılması, uşaq bağçalarında və məktəblərdə öyrənilməsi "uyğun deyil və yanlışdır”.
"Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, "Rusiya rus dilində danışılan qədər irəliləyir”, deyə Təhsil və elm, ailə, gənclər və idman komissiyasının sədri Vadim Vasilçukun bildirib.
Onun sözlərinə görə, bununla bağlı Kiyev Şəhər Şurasının deputat korpusu "Kiyevin təhsil məkanını hibrid təsirlərdən qorumaq” və cəmiyyətdəki gərginliyi azaltmaq barədə qərar qəbul edib.
Oktyabrın 21-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) rəhbəri Oleksiy Danilov Ukraynadan rus dilinin "bütünlükdə yoxa çıxmalı" olduğunu deyib və ukrayn və ingilis dillərinin məcburi olaraq qaldığını vurğulayıb.
Alpər