Xəbər lenti

Rus general ABŞ-ı sərt tənqid etdi
Dünya16:46 22.01.2014

Rus general ABŞ-ı sərt tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nikolay Bordyuja Vaşinqtonu KTMT ilə NATO-nun əməkdaşlığına mane olmaqda günahlandırıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general-polkovnik Nikolay Bordyuja ABŞ-ı KTMT ilə NATO-nun əməkdaşlığına mane olmaqda günahlandırıb. 

"Təəssüf ki, bu əlaqə, bu əməkdaşlıq ABŞ və NATO-ya daxil olan bir sıra başqa ölkələr tərəfindən dayandırılır", - deyə Bordyuja "Rossiya 24" telekanalına müsahibəsində bildirib. 

Daha öncə, BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş bildirmişdi ki, Əfqanıstanda problemin dinc yolla həlli üçün KTMT ilə NATO-nun əməkdaşlıq etməsi vacibdir.

Qaynar.info