Xəbər lenti

Rus hakerlər COVİD-19 peyvəndi və dərman formullarını oğurlamağa çalışır (İDDİA)
Dünya08:44 17.07.2020

Rus hakerlər COVİD-19 peyvəndi və dərman formullarını oğurlamağa çalışır (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya Kibertəhlükəsizlik Mərkəzi rusiyalı hakerlərin COVİD-19 peyvəndi və dərmanlarına aid formulları alimlərdən və dərman firmalarından oğurlamağa çalışdığını iddia edib.
Qaynarinfo xəbər verir ki, ABŞ və Kanada da APT29 adlı, eyni zamanada "Cozy Bear" olaraq bilinən və Rusiya kəşfiyyatına işləyən haker qrupunu hədəf göstərib.
"Koronavirus pandemiyasına qarşı mübarizə aparanlara qarşı edilən bü həyasızcasına hücumları qınayırıq", - deyə Britaniya Kibertəhlükəsizlik Mərkəzinin əməliyyat direktoru Pol Çiçaster bildirib.
Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə APT29 haker qrupu ötən il Yaponiya, Çin və Afrikada da çox sayda kiberhücum gerçəkləşdirib.
Məsələ ilə bağlı Rusiyanın Ria Novosti Agentliyinə açıqlama verən Kreml sözçüsü Dmitri Peskov isə əsassız iddiaları rədd etdiklərini bildirib.
Böyük Britaniya Kibertəhlükəsizlik Mərkəzi həmçinin Rusiyanın 2019-cu ildə seçkilərə müdaxilə etdiyini də irəli sürüb və gələn həftə bununla bağlı geniş hesabat yayımlayacağını açıqlayıb.
Camal