
Noyabrın 24-də Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi barədə daha bir qalmaqallı məlumat yayılıb.
Belə ki, təyyarənin pilotlarını xilas etmək üçün göndərilən rus helikopterini vuran 4 nəfər Suriya əsgəri ələ keçirilib.
Qaynar.info musavat.com-a istinadən bildirir ki, bu barəddə məlumat Associated Press-də yer alıb.
Məlumata görə, ələ keçirilən əsgərlər Azad Suriya Ordusunun əsgərləri olublar.
Hələlik onların şəxsiyyəti açıqlanmayıb.
Qaynar.info