Xəbər lenti

Rus hərbçiləri gəlib bütöv hərbi hissələrlə təslim olurlar – Monastırski
Dünya13:30 21.03.2022

Rus hərbçiləri gəlib bütöv hərbi hissələrlə təslim olurlar – Monastırski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Daxili İşlər Nazirliyi Rusiya bölmələrinin texnika ilə birlikdə təslim olması hallarını qeydə alır.
Qaynaerinfo-nun verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər naziri Denis Monastırskinin telemarafon zamanı qeyd edib. O bildirib ki, Ukrayna belə hallarda təslim olanların təhlükəsizliyinə zəmanət verir.
"Artıq təslim olma hallarını müşahidə edirik ki, rus bölmələri könüllü olaraq ordumuza təslim olmaq istədiklərini, texnika, xüsusən də tanklarla birlikdə aktiv döyüşlərdə iştirak etmədiklərini bəyan edirlər. Artıq onlar gəlib təhlikəsizlik təminatı şərtilə təslim olurlar, başa düşürlər ki, burada onları heç kim gözləmir. Onları həqiqətən də komandirləri top yemi kimi irəli buraxırlar”. 
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 19-na Ukraynada rəsmi olaraq 562 rusiyalı hərbi əsir var.
Bundan əvvəl məlum olmuşdu ki, Milli İnformasiya Bürosu Ukraynadakı hərbi əsirlərlə bağlı məsələlərlə məşğul olacaq. Artıq Xarici İşlər Nazirliyinin xətti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə belə bir Büronun yaradılması barədə məlumat verilib.
Alpər