Xəbər lenti

Rus hərbi texnikasının üstündəki “Z” hərfi nəyi bildirir? – SBU-dan şok açıqlama
Dünya10:57 07.03.2022

Rus hərbi texnikasının üstündəki “Z” hərfi nəyi bildirir? – SBU-dan şok açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İkinci Dünya Müharibəsi illərində faşistlərin Zaksenhauzen əsir düşərgəsində "Z” hərfi qətliamların törədildiyi binanı göstərirdi”.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatında deyilir.
"Bu "Z” stansiyasında nasistlərin məhbusların cəsədlərini yandırdıqları dörd sobalı krematoriya yerləşirdi. 1943-cü ildə orada qaz kamerası da əlavə edildi.
İnsanları daşıyan avtomobillər düşərgədə qeydiyyatdan keçməklə birbaşa bu obyektə göndərilib”, - məlumatda deyilir.
"Ukraynanın və dinc əhalinin məhv edilməsini planlaşdırarkən rus işğalçılarını nəyin ruhlandırdığı artıq aydındır. Amma biz nasist rejiminin sonunu da xatırlayırıq. İşğalçıları tam məğlubiyyət və Haaqa tribunalı gözləyir!" - SBU əlavə edib.
Alpər