Xəbər lenti

Rus hərbiçi: Plan Donbas və Ukraynanın cənubunu tutmaqdır
Dünya14:33 22.04.2022

Rus hərbiçi: Plan Donbas və Ukraynanın cənubunu tutmaqdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Donbas və Ukraynanın cənubunu tutmağı planlayır.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya mərkəzi hərbi dairəsinin komandir müavini Rustəm Minekayev deyib.
Minekayev planın Moldovanın separatçı Dnestryanı bölgəsinə yol açdığını deyib.
Rusiya mediası xəbər verir ki, Minekayev bu fikirləri Sverdlovskdakı görüşdə səsləndirib.
O deyib ki, Donbasın tutulması Krıma quru yol açacaq.
"Ukraynanın cənubuna nəzarət rus dilli əhalinin təzyiqə məruz qalması barədə sübutların olduğu Dnestryanıya əlavə yoldur”, - deyə o bildirib.
Dnestryanıda 1500-ə qədər rus hərbçisi yerləşib. Ukrayna ərazinin növbəti hücum üçün platforma rolu oynayacağından ehtiyat edir.
Ukrayna Müdafiə Nazirliyi açıqlanan planı imperializm adlandırıb.
"Rusiya etiraf etdi ki, müharibənin ikinci mərhələsinin məqsədi deyilən kimi faşizm üzərində qələbə yox, sadəcə, Ukraynanın şərqini və cənubu işğal etməkdir. İmperializm olduğu kimi”, - Ukrayna Müdafiə Mazirliyinin Twitter hesabında qeyd edilib.
Nurlan Hüseynov